Birləşmiş Ştatlar vətəndaşlarına Livana getməməyi tövsiyə edib.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Dövlət Departamenti İsraillə Hizbullah arasında artan gərginliyə görə vətəndaşlarına Livana səyahət etməmək barədə xəbərdarlıq edib.
Bəyanatda hazırda Livanda olan Amerika vətəndaşlarına təhlükəsiz yerə sığınmaq, ölkənin cənub bölgəsində olanlara isə dərhal bölgəni tərk etmək tövsiyə olunub.
Mehman Mehdiyev