Cari ilin 5 ayı ərzində Qazaxıstanla Avropa İttifaqı arasında qarşılıqlı ticarət dövriyyəsi 20,2 milyard dollara çatıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan hökuməti açıqlama verib. Bildirilib ki, bu göstərici ölkənin ümumi ticarət dövriyyəsinin 37 faizini təşkil edir.
Bundan əlavə, 3 mindən çox Avropa şirkəti Qazaxıstan iqtisadiyyatının müxtəlif sahələrində fəal işləyir. Onların arasında "Eni", "Total", "Amazonen-Werke", "Air Liquide", "Alstom", "Carlsberg" kimi dünyaca məşhur şirkətlər var.
O da qeyd edilib ki, Qazaxıstan və Avropa İttifaqı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə inkişafında maraqlı olduğunu təsdiqləyir.
Natiq Orucov