Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ-yə iyul ayı ərzində 17 302 müraciət daxil olub

BŞTİ-yə iyul ayı ərzində 17 302 müraciət daxil olub


İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 302 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 105 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 747 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 2 983 sənəd (vətəndaşlar tərəfindən 381 ərizə, Elm və Təhsil Nazirliyindən 439, digər qurumlardan 343, tabelikdə olan təhsil müəssisələrindən 679 məktub və 1 141 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 467 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Süleyman
Xəbəri paylaş