Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın prezidenti Papa Fransisk ilə telefonla danışıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnformasiya İdarəsi məlumat verib. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə Prezidenti Paris Olimpiya Oyunlarının açılışında keçirilən əxlaqsız nümayişlərin hiddət və reaksiyalara səbəb olduğunu bildirib. Ərdoğan bu kimi halları kəskin şəkildə pislədiyini ifadə edib.
Telefon danışığı zamanı liderlər dünyadakı mövcud vəziyyət, HƏMAS liderinə qarşı sui-qəsd, eləcə də Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Mehman Mehdiyev