Estoniya avqustun 8-dən etibarən Rusiya ilə sərhəddə yoxlama tədbirlərini gücləndirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, həmin tarixdən etibarən Estoniya Rusiya ilə tam gömrük nəzarətini tətbiq edəcək, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Estoniya Rusiya Federasiyası ilə sərhəddə daha iki keçid məntəqəsinin fəaliyyətini məhdudlaşdırmaq istəyir.
Qeyd edək ki, yaxın günlərdə digər sərhəd ölkələrinin də Rusiyaya qarşı anoloji addımlar atacağı bildirilir.
Mehman Mehdiyev