"F-16 döyüş təyyarələrinin Kiyevə çatdırılması ABŞ-ın münaqişədə iştirakını gücləndirir. Bu, Rusiya Federasiyası ilə nüvə qarşıdurmasına doğru bir addımdır”.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Kommunist Partiyasının üzvü, hüquq müdafiəçisi Kristofer Helalin deyib. Onun sözlərinə görə, ABŞ və onun NATO müttəfiqləri tərəfindən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi Rusiya Federasiyası ilə nüvə qarşıdurması istiqamətində təhlükəli və ehtiyatsız addımdır.
Helali deyib ki, döyüş təyyarələrinin çatdırılması həm də bu, Birləşmiş Ştatlar və onun NATO müttəfiqlərinin Rusiya Federasiyasına qarşı mübarizə aparmaq üçün Ukraynanı sürüklədiyi müharibədir:
"Hesab edirəm ki, F-16 qırıcılarının tədarükü son dərəcə təxribatçı və ehtiyatsız hərəkətdir. Və bu bizi ABŞ, NATO və Rusiya Federasiyası arasında qarşıdurmaya xeyli yaxınlaşdırır".
Anar Əliyev