Qazaxıstanda LGBT-nin fəaliyyətinə qarşı etirazlar artır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə ölkədə petisiya hazırlanıb.
"Biz LGBT-nin Qazaxıstanda aşkar və gizli təbliğatının əleyhinəyik!" petisiya üzrə qərar layihəsi əsasında ictimai dinləmə keçirilib.
Bir sıra nazirliklərin nümayəndələrinin, millət vəkillərinin, ekspertlərin, ictimai xadimlərin və KİV nümayəndələrinin iştirak etdiyi müzakirələrdə dövlət orqanlarının, ərizəçilərin, ekspertlərin və digər maraqlı tərəflərin mövqelərinin təqdim olunduğu işçi qrupun əvvəlki iki iclasının yekunları müzakirə edilib.
Mehman Mehdiyev