Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Azərbaycan–BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib

Şuşada Azərbaycan–BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib


Bu gün Şuşada Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda çıxış edən nazir, Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycanla BƏƏ arasında tərəfdaşlığın istər dövlətlərarası, istərsə də işgüzar dairələr arasında uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin həcminin artdığını və birgə təşəbbüslərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbir iştirakçılarına ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, yaradılmış sənaye zonalarının fəaliyyəti və Ələt Azad İqtisadi Zonasının imkanları, xarici sərmayədarlar üçün yürüdülən “açıq qapı” siyasəti barədə məlumat verilib, BƏƏ investorları tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, birgə layihələrin icrasına dəvət ediliblər.

BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri Azərbaycana səfərindən və Komissiyanın iclasının Şuşa şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ölkəmizin böyük inkişafa nail olduğunu, Azərbaycanın təşəbbüsü ilə əhəmiyyətli enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırıldığını vurğulayıb. Ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Tərəflər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində potensial əməkdaşlıq istiqamətləri kimi məsələləri müzakirə ediblər.

Spnda iclasın yekunlarına dair Protokol imzalanıb. Sənədi M.Cabbarov və A.Bin Touq Al Marri imzalayıb. Sənəddə ticarət-investisiya, KOB-ların dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş