Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Rusiyadan gələn enerji resurslarının blokadasını gücləndirəcək

Ukrayna Rusiyadan gələn enerji resurslarının blokadasını gücləndirəcək


"Ukrayna Rusiyadan gələn enerji resurslarının blokadasını gücləndirəcək".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, Ukraynada qadağan olunmuş “Müxalifət platforması – ömür boyu” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

O bildirib ki, lakin bu blokadanın özü Avropanı yoxsulluğa sürükləyəcək və bu proses artıq başlayıb.

Medçedçuk vurğulayıb ki, Rusiyanın Avropaya enerji daşıyıcılarının blokadaya alınması Rusiya ilə ABŞ arasında iqtisadi müharibənin elementidir və burada Avropa döyüş meydanıdır.

“Avropanın böyük iqtisadi itkilərə məruz qalması təbiidir, Macarıstan və Slovakiya liderləri artıq bu tədarükün məhdudlaşdırılmasına qarşı çıxırlar. Lakin gördüyümüz kimi, Slovakiyanın baş naziri Robert Ficoya qarşı sui-qəsd edildi. Baş nazir Viktor Orban isə AB-dəki həmkarları tərəfindən kütləvi informasiya təqibinə və təcridinə məruz qalır”, - deyə siyasətçi qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş