Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Komissiyasından Macarıstana tələb

Avropa Komissiyasından Macarıstana tələb


Avropa Komissiyası ilə rəsmi Sofiya arasında münasibətlər hər ötən gün daha da kritik xarakter alır.

Newscenter.az TASS-a istinadən bildirir ki, qurum rəsmi olaraq Macarıstandan rusların və belarusların sadələşdirilmiş uzunmüddətli vizaların alınması proqramına daxil edilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib.

Bu barədə Avropa komissarı Ylva Yohansson bildirib.

"Mən Macarıstan hökumətinə məktub yazaraq izahat tələb etmişəm. Onların asan giriş sxemi təhlükə yaradırsa, biz tədbir görəcəyik", - deyə Ylva Yohansson vurğulayıb.

Eyni zamanda o, Rusiyaya təhlükəsizliyə təhdid kimi baxdığını deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş