Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi “ağ ölümlə” mübarizə sahəsində layihəsinin icrasına başlayıb

“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi “ağ ölümlə” mübarizə sahəsində layihəsinin icrasına başlayıb


“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsinin icrasına başlayıb.

01.08.2024 - 31.10.2024-cü il tarixində icra olunacaq layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə hüquqi məsuliyyət və narkotik vasitələr və psixotrop maddələrdən istifadənin insan sağlamlığına mənfi təsirləri barədə maarifləndirməkdir. Layihə üzrə qarşıya qoyulan vəzifələr yeniyetmə və gənclər arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə işlərinin aparılması, yeniyetmə və gənclərin narkotik vasitələrə meylliliyinin azaldılması, risk qrupuna daxil olan şəxslərin zərərli vərdişlərdən çəkindirilməsi, yeniyetmə və gəncləri narkomaniyanın sağalmaz xəstəliklərə “ayaq” açması ilə bağlı maarifləndirilməsindən ibarətdir.

“Dünya” Ana və Uşaqlar” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Lənkəran, Şirvan, Cəlilabad, Masallı və Salyan rayonlarında tədbirlər keçiriləcəkdir.

Tədbirdə iştirak etmək istəyən şəxslər “Dünya” Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyxanım Əliyeva (tel: (055) 926-32-15) ilə əlaqə yarada bilərlər.
Xəbəri paylaş