İstanbul Hava Limanı yük və sərnişin artımına görə Avropada liderdir.
Newscenter.az xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir İstanbul Hava Limanının COVID-19 epidemiyasından əvvəlki dövrlə müqayisədə ilin ilk yarısında Avropada ən çox sərnişin sayını artıran hava limanı olduğunu açıqlayıb.
Uraloğlu, İstanbul Hava Limanının ilin ilk yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yükdaşıma baxımından ən yaxşı performans göstərən Avropanın ilk 10 hava limanı arasında olduğunu ifadə edib.
Natiq Orucov