Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Pointe-Noire limanının potensialından istifadə etməkdə maraqlıdır

Qazaxıstan Pointe-Noire limanının potensialından istifadə etməkdə maraqlıdır


"Qazaxıstan Pointe-Noire limanının potensialından istifadə etməkdə maraqlıdır".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev Konqo Respublikasının Prezidenti Denis Sasso-Nqesso ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Biz kənd təsərrüfatı, istehsal, nəqliyyat-logistika və energetika üzrə danışıqlar apardıq. Biz həmçinin yeni texnologiyalar, mineral ehtiyatların birgə işlənməsi və investisiya məsələlərini müzakirə etdik. Mən Qazaxıstanın elektron hökumət, kibertəhlükəsizlik və kosmos sahəsində nailiyyətlərinə diqqət yetirdim. Biz satışın həcmini artırmaq üçün konkret tədbirlər görməyə razılaşdıq",-deyə Tokayev bildirib.

Prezidentin sözlərinə görə, iki ölkənin dəmir, fosfat, boksit və digər nadir faydalı qazıntı yataqlarının kəşfiyyatı və işlənməsi üzrə birgə işləmək imkanı var.

Mehman Mehdiyev
Xəbəri paylaş