Ukraynada nəqliyyat şirkətləri kişi çatışmazlığı səbəbindən qadınları və əcnəbiləri yük maşını sürücüsü kimi işə götürmək imkanını nəzərdən keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının vitse-prezidenti Vladimir Balin bildirib. O deyib ki, bu təşəbbüslərin həyata keçirilməsi bəzi çətinliklərlə bağlıdır.
"Həqiqətən də qadın sürücülərə gəlincə, belə bir proses nəzərdən keçirilir, bizim bəzi şirkətlər bu prosesdə iştirak edir. Bu, hələ tam effektiv deyil, lakin biz bunun üzərində işləyirik",-deyə Vladimir Balin vurğulayıb.
Balin əlavə edib ki, kadr çatışmazlığı problemini həll etmək üçün başqa variant da əcnəbilərin cəlb edilməsi ola bilər.
Anar Əliyev