Cari ilin əvvəlindən indiyədək 32 hidrotexniki qurğu kommunal mülkiyyətdən dövlət mülkiyyətinə qaytarılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı Nazirliyi məlumat verib. Bildirilib ki, 31 suvarma kanalının və 1 bəndin hamısı Jambil rayonunda yerləşir.
Hazırda respublikanın digər rayonlarında su təsərrüfatı obyektlərinin dövlət mülkiyyətinə qaytarılması istiqamətində işlər fəal şəkildə davam etdirilir. Bildirilib ki, nazirlik ölkənin su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərə başlayıb. Prezidentin tapşırığı çərçivəsində 2030-cu ilə qədər su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulmasının kompleks planı hazırlanıb.
Mehman Mehdiyev