Belçikada sığınacaqla təmin olunmağı gözləyən təxminən 4 min qaçqın var.
.
Newscenter.az Röytersə istinadən xəbər verir ki, sözügedən ölkədə beynəlxalq müdafiə üçün müraciət edən təxminən 4 min qaçqın dövlətin onlara qalacaq yerlə təmin olunmasını gözləyir.
Yerli mətbuatın yazdığına görə, beynəlxalq müdafiə üçün müraciət etmiş sığınacaq axtaranların mənzil problemi 3 ilə yaxındır ki, davam edir.
Mənzil növbəsindəkilərin sayı artmaqda davam edərkən, ilin əvvəlində 3 min olan bu rəqəm iyul ayında təxminən 4 minə çatıb.
Ölkənin müxtəlif yerlərində qaçqınlar üçün ayrılmış mərkəzlərdə ümumilikdə 35 704 çarpayı olduğu halda, onların 95 faizinin dolu olduğu təxmin edilir.
Anar Əliyev