Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çağırışçıların sayı artacaq

Çağırışçıların sayı artacaq


Qazaxıstanda orduya çağırılan vətəndaşların sayı artacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Müdafiə Nazirliyi cari ildən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin sayını artırmağı planlaşdırır.

Belə ki, 2024-cü ilin mart-iyun və sentyabr-dekabr aylarında çağırış komissiyalarının işini təxirə salmaq və ya onlardan azad olunmaq hüququ olmayan on səkkizdən iyirmi yeddi yaşınadək 40148 kişi müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

Əsas məqsəd Silahlı Qüvvələrin, digər əsgərlərin və hərbi texnikanın formalaşdırılması üçün zəruri sayda vətəndaşların müntəzəm hərbi xidmətə çağırılmasıdır.

Hökumətin əvvəlki sərəncamında 39 180 nəfərin müvəqqəti hərbi xidmətə çağırılması planı var idi.

Mehman Mehdiyev
Xəbəri paylaş