Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Dövlət Komitəsinin sədri avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Newscenter.az xəbər verir ki, qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala regional bölməsinə (əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Süleyman