Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Misir prezidenti ilə görüşüb

Hakan Fidan Misir prezidenti ilə görüşüb


Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Qahirə-Ankara münasibətləri, Yaxın Şərqdəki vəziyyət və s. müzakirə edilib.

Qeyd edək ki, xarici işlər naziri Hakan Fidan həmkarı Bedr Abdulatinin dəvəti ilə getdiyi Misirə gedib.

Fidan və Əbdüləti arasında keçiriləcək görüşdə Misir prezidenti Sisinin Türkiyəyə səfəri zamanı keçiriləcək ilk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələləri müzakirə olunacaq.

Anar Əliyev
Xəbəri paylaş