Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzalı binaların köçürülməsi üçün vəsait ayrıldı

Qəzalı binaların köçürülməsi üçün vəsait ayrıldı


2025-ci ildən Rusiya Federasiyasının ərazisində qəzalı evlərin köçürülməsi “Həyat üçün infrastruktur” yeni milli layihəsi çərçivəsində həyata keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə baş nazirin müavini Marat Xusnullin məlumat verib.

“Gələn ildən etibarən qəzalı mənzillərin köçürülməsi “Həyat üçün infrastruktur” adlı yeni milli layihə çərçivəsində həyata keçiriləcək”, - deyə Xusnullin Rusiyanın baş naziri Mixail Mişustinin baş nazir müavinləri ilə görüşündə bildirib.

Xusnullin əlavə edib ki, federal büdcə hesabına Rusiyada qəzalı mənzillərin köçürülməsi proqramının davam etdirilməsi üçün 330 milyard rubl ayrılıb:

"İlin sonuna kimi biz onu təsdiqləmək üçün yeni proqram hazırlayırıq, bununla əlaqədar qəzalı evlərin köçürülməsi üçün yeni yanaşmalar hazırlamışıq”, - deyə o, izah edib.

Anar Əliyev
Xəbəri paylaş