Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

222 məktəb əsaslı təmirdən sonra istifadəyə veriləcək

222 məktəb əsaslı təmirdən sonra istifadəyə veriləcək


Tədris ili ərəfəsində Qazaxıstanda 222 məktəb əsaslı təmirdən sonra istifadəyə veriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu hökumətin iclasında təhsil naziri Qəni Beysəmbaev deyib.

Nazir deyib ki, respublikada 7859 məktəb var, onlardan 6387-si yaxşı vəziyyətdədir.

Jambil, Pavlodar, Akmola və Türküstan vilayətlərində 1290 məktəbin əsaslı təmirə ehtiyacı var.

Bundan başqa, rahat təhsil mühitinin yaradılması üçün hazırda 280 məktəbdə təmir işləri aparılır. 222 məktəbdə əsaslı təmir işləri dərs ilinin əvvəlinə qədər başa çatdırılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş