Birləşmiş Ştatlar 700 PKK/YPG terrorçusunu Fərat çayı sahillərinə göndərib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, terrorçular PKK/YPG-nin işğalı altında olan Hasəkə vilayətindən İranın dəstəklədiyi qrupların təmas xətti olan Fərat çayı yaxınlığındakı bazalarına köçürüb.
ABŞ qüvvələri həmçinin Hasəkədəki bazalardan Koniko və Ömər neft yatağı bazalarına qapalı sursat qutuları və Humvee tipli zirehli maşınlar da daxil olmaqla 70 avtomobildən ibarət hərbi karvan göndərib.
Anar Əliyev