Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək


Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının bu yaxınlarda iclası keçiriləcək.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Hökumətlərarası Komissiya fəal işləyir: “Ölkələrimizin digər qurumları arasında da fəal təmaslar var”.

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası 2023-cü ilin iyul ayında Moskvada keçirilib.

Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100 %-lik kapitalı Rusiyaya məxsusdur.

Sevinc Mehdiyeva
Xəbəri paylaş