Banqladeşin baş naziri vəzifəsindən istefa verən və etirazlar zamanı ölkədən qaçan Şeyx Hasina Böyük Britaniyada siyasi sığınacaqla bağlı qərar alana qədər Hindistanda qala bilər.
.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika telekanalı mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl məlumat verilmişdi ki, Şeyx Hasina avqustun 5-i axşam gəldiyi Nyu Dehlidən 40 km aralıda yerləşən Hindon aviabazasından C-130 hərbi-nəqliyyat təyyarəsi ilə avqustun 6-na keçən gecə Londona uçacaq. Lakin indiyədək reysin qalxması ilə bağlı heç bir məlumat verilməyib.
KİV-in məlumatına görə, Şeyx Hasina dərhal Londona getməyi planlaşdırıb, lakin müəyyən şərtlər onu uçuşunu təxirə salmağa məcbur edib. Onu müşayiət edən bacısı Rehananın artıq Britaniya vətəndaşlığı var. Bundan başqa, Şeyx Hasinanın qardaşı qızı Tulip Siddiq 2015-ci ildən Böyük Britaniya parlamentinin Leyboristlər Partiyasından deputatıdır. Baş nazir Keir Starmerin yeni kabinetində o, maliyyə nazirinin müavini vəzifəsini tutdu.
Mehman Mehdiyev