Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Benzinin ixracına qoyulan qadağa uzadılır

Benzinin ixracına qoyulan qadağa uzadılır


Qazaxıstan benzin və dizel yanacağının ixracına qoyduğu qadağanın vaxtını uzadır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın Energetika Nazirliyi bəyan edib. Bildirilib ki, rəsmi Astana benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının ixracına qoyulan qadağanın müddətini uzatmağı planlaşdırır.

Qadağanın müddəti 6 aydır.

Hökumətlərin qərarı ilə humanitar yardım çərçivəsində ixrac edilən neft məhsulları, laboratoriya və tədqiqat işləri üçün aviasiya yanacağı, avtomobil istehsalçıları tərəfindən təmin edilən benzin çənlərindəki yanacaq ixrac edilə bilər.

Natiq Orucov
Xəbəri paylaş