Bu ilin iyul ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 29,5 % artaraq 674 min 356-ya çatıb.
Newscenter.az ADY-yə istinadən xəbər verir ki, iyulda səfər edənlərin 93,9 %-i və ya 633 min 244-ü Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur.
Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 21,6 % artaraq 36 min 327-yə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 10,7 % artaraq 4 min 785-ə çatıb.
İyulda ADY-nin şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edən xarici turistlərin sayı isə 22,7 % artaraq 3 075 nəfər olub.
Süleyman