Yeddilik Qrupu (G7) ölkələrinin xarici əlaqələr qurumlarının rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahat olduqlarını bildiriblər və münaqişə tərəflərini gərginliyi azaltmaq üçün əməkdaşlığa çağırıblar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatında deyilir.
Nazirlər Yaxın Şərqdə artan gərginlikdən dərin narahat olduqlarını ifadə ediblər ki, bu da regionda daha da geniş münaqişənin alovlanması təhlükəsi yaradır.
“Biz bir daha bütün tərəfləri cavab zorakılığının hazırkı dağıdıcı dövrəsini davam etdirməkdən çəkinməyə və gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, - deyə bəyanatda deyilir.
Anar TAĞIYEV