Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay elektrik istehlakı artıb

Keçən ay elektrik istehlakı artıb


Türkiyədə elektrik istehlakı isti havaların təsiri ilə iyul ayında keçən ilin eyni ayına görə 9 faiz artaraq 34 milyard 225 milyon 819 min kilovat-saata çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Elektrik Ötürmə A.Ş. (TEİAŞ) məlumat yayıb.

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, bazar günü, iyulun 21-də qeydə alınan orta səth havasının temperaturu yaxın tarixdə qlobal miqyasda “ən isti gün” kimi qeydə alınıb və səth havasının orta temperaturu 17,09 dərəcə Selsi təşkil edib.

Bu dövrdə Türkiyədə isti havaya qarşı soyutma ehtiyacı səbəbiylə kondisionerdən istifadə elektrik istehlakını artıran əsas amillərdən biri olub.

Natiq Orucov
Xəbəri paylaş