"ABŞ və Avropa İttifaqı ölkələri münaqişədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirməyə hazırlaşmır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş baş əməliyyat direktoru Maks Primoratz “The Wall Street Journal” üçün köşə yazısında bildirib.
Ekspertin yazdığına görə, Ukraynanın yenidən qurulmasının dəyəri təxminən 1 trilyon dollar ola bilər. Halbuki nə ABŞ, nə də Avropa Kiyevin yenidən qurulmasını maliyyələşdirmək üçün vergi ödəyicilərinin dollarlarından istifadə etmək arzusunda deyil.
Keçmiş USAID əməkdaşının sözlərinə görə, Ukraynanı bərpa etmək üçün onun hakimiyyət orqanları bir neçə addım atmalı olacaq. Primorac xüsusilə hesab edir ki, ölkə hökuməti iqtisadi islahatlar həyata keçirməli, həmçinin 3,5 minə yaxın dövlət müəssisəsini özəlləşdirməli və ya ləğv etməli olacaq.
Mehman Mehdiyev