Türk Hava Yolları (THY) 2024-cü ilin ikinci rübündə sərnişin tutumunu 7,7 faiz artıraraq 22,1 milyon sərnişin daşıyıb.
Newscenter.az THY-nin Mətbuat Müşavirliyinə istinadən bildirir ki, qlobal miqyasda davam edən geosiyasi gərginliyə, təyyarə istehsalındakı darboğaza və mühərrik problemlərinə baxmayaraq, THY çevikliyi və geniş uçuş şəbəkəsi sayəsində böyüməsini fasiləsiz olaraq davam edib.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) dərc etdiyi məlumatlara görə, rəqabətin şiddətli hiss olunduğu 2024-cü ilin ikinci rübündə qlobal sərnişin tutumu COVID-19 epidemiyasından əvvəlki rəqəmlərinə çatıb və THY sektorun liderlərindən biri olmağa davam edib.
Yükdaşıma gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz artıb
Turkish Cargo, Avropanın ən böyük hava yük əməliyyatları mərkəzi Smartistdəki fəaliyyətləri ilə ilin ikinci rübündə sürətlənən e-ticarət artımından əhəmiyyətli pay alıb. Beləliklə, şirkət 2024-cü ilin ilk 6 ayında daşıdığı yüklərin həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32 faiz artıraraq IATA məlumatlarına görə dünyanın 3-cü ən böyük hava yük daşıyıcısı olub.
Bu ilin aprel-iyun 2024-cü il dövründə THY-nin cəmi gəlirləri illik bazda 10 faiz artaraq 5,7 milyard dollara çatıb.
Anar Əliyev