Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı metrosu iyulda 535 minə yaxın sərnişini güzəştli şərtlərlə daşıyıb

Bakı metrosu iyulda 535 minə yaxın sərnişini güzəştli şərtlərlə daşıyıb


Bu ilin iyul ayında "Bakı Metropoliteni" QSC 16 milyon 908 min 149 sərnişin daşıyıb ki, bunun da 534 min 946-sı -i və yaxud 3,17 %-i güzəştli şərtlərlə daşınıb.

Newscenter.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, orta hesabla gün ərzində 545 min 424 sərnişinə xidmət göstərilib. Ən çox sərnişin iyulun 1-də (674 min 66 sərnişin), ən az isə ayın 28-də (348 min 658 sərnişin) metropolitenə daxil olub.

Ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. 2024-cü ilin iyul ayı üzrə bütün sərnişinlərin 9,4 %-i məhz bu stansiyadan metropolitenə daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox sərnişin daşıyıb və ikinci yerdədir – 7,9 %. “28 May”, sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7,5 %.

Ümumiyyətlə, iyul ayı ərzində bütün metro sərnişinlərinin 44 %-i cəmi 6 stansiyadan istifadə edib. Qeyd edilən 3 stansiyanın ardınca sərnişindaşıma sayına görə “Nərimanov” (7 %), “Gənclik” (6,3 %) və “Neftçilər” (5,9 %) gəlir.

Nərgiz Əzizova
Xəbəri paylaş