Avropa Birliyinin ardınca Böyük Britaniya da Belarusa qarşı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib.
Newscenter.az xəbər verir ki. bu barədə TASS məlumat verib. Bildirilib ki, Böyük Britaniya Belarusa qarşı sanksiyalar siyahısını daha doqquz istiqamət üzrə genişləndirib
Bu dəfə Böyük Britaniya Belarusdakı islah koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyi Belarusun BELTA Agentliyinin rəhbərliyi və bir qrup əməkdaşları, o cümlədən təhlükəsizlik qüvvələrinin rəsmilərinə sanksiya tətbiq etmişdi.
Anar Əliyev