Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, iclasda terrorla mübarizənin aspektləri müzakirə edilib.
Dövlət başçısı real vaxt rejimində Novo-Oqarevo iqamətgahında keçirilən görüşün əvvəlində bu məsələlərin müzakirəsi planlarını açıqlayıb. Kreml rəhbəri terrorla mübarizədə müttəfiqlərindən dəstək istəyib.
Qeyd edək ki, iclasda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, müdafiə naziri Andrey Belousov, Rusiya SVR-nin rəhbəri Sergey Narışkin və s. iştirak edib.
Anar Əliyev