Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Hərbi Dəniz Donanması son 25 ilin ən pis vəziyyətdədir

ABŞ Hərbi Dəniz Donanması son 25 ilin ən pis vəziyyətdədir


Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin gəmilərinin vəziyyəti son 25 ilin ən pis vəziyyətdədir və sənayedə işçi qüvvəsi çatışmazlığı yaşanır.

Newscenter.az xəbər verir ki, bu barədə “Defence News” həftəlik nəşri Konqresin Büdcə Bürosunun eksperti Erik Labs-a istinadən məlumat yayıb.

O, tərsanələrin işçiləri işə götürmək və saxlamaqda çətinlik çəkdiyini deyir. Defense News vurğulayıb ki, işçi qüvvəsi çatışmazlığı artıq hərbi gəmilərin tikintisi və təmirində gecikmələrə səbəb olan bir çox problemlərdən biridir.

Labs-a görə, sənaye hazırda dəhşətli çətinlik içərisindədir və dörddə bir əsrin ən pis vəziyyətindədir.

Anar Əliyev
Xəbəri paylaş