Rusiyada əraziləri kütləvi hava zərbələrindən qorumaq üçün “Pantsir-SMD-E” zenit-raket və silah sisteminin yeni modifikasiyası hazırlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Bildirilib ki, kompleks dronları məhv etmək üçün mini-raketlərlə təchiz olunub və Pantsir-S1-dən fərqli olaraq, top silahı yoxdur.
"Kiçik hərbi və inzibati-sənaye obyektlərinin və ərazilərin hava hücumu silahlarının kütləvi istifadəsindən müdafiəsi üçün nəzərdə tutulur. Vurulan hədəflərin maksimal sürəti 1000 m / s-dir.
Mehman Mehdiyev