Afrika İttifaqı meymun çiçəyi xəstəliyinə qarşı bütün qitədə fövqəladə vəziyyət elan etdi.
Newscenter.az xəbər verir ki, Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya meymun epidemiyası ilə bağlı açıqlama verib.
Afrikadakı hökumətləri meymun xəstəliyinin yayılmasının qarşısını almaq üçün Afrika CDC ilə işləməyə çağıran Kaseya, epidemiyaya qarşı qitəyə peyvənd gətirməyi vəd edib.
Afrika CDC-nin avqustun 9-da dərc etdiyi hesabata görə, yanvar-avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub və 14719 şübhəli hadisə qeydə alınıb.
Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub.
Anar Əliyev