Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ və Monqolustan azad ticarət sazişi imzalayacaq

Aİİ və Monqolustan azad ticarət sazişi imzalayacaq


Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Monqolustan dekabr ayında Ali Avrasiya İqtisadi Şurasının iclasında azad ticarət zonası (STA) haqqında müvəqqəti saziş imzalamağı planlaşdırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Təbii Sərvətlər naziri, Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Monqolustan Hökumətlərarası Komissiyasının həmsədri Aleksandr Kozlov məlumat verib.

"Monqolustanın ənənəvi ixrac mallarının Rusiya bazarına çıxışı üçün əlverişli şərait yaratmaq məqsədilə Aİİ və Monqolustan arasında müvəqqəti azad ticarət sazişinin imzalanması məsələsi işlənib hazırlanıb. Biz sazişi Ali Avrasiya Şurasının iclasında imzalamağı planlaşdırırıq",-deyə Aleksandr Kozlov bildirib.

Eyni zamanda nazir bəyan edib ki, ölkələr Rusiya-Monqolustan-Çin iqtisadi dəhlizinin yaradılmasına imkan verəcək layihələri əlaqələndirirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş