Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün İranı razı salmalıdır

Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün İranı razı salmalıdır


"Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün İranı razı salmalıdır".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Amerikanın Türkiyədəki səfiri Ceff Fleyk deyib. O bildirib ki, ABŞ İranla əlaqələri olan bütün müttəfiqlərini Tehranı gərginliyi azaltmağa inandırmağa çağırıb və Türkiyə də bu ölkələr arasındadır.

Diplomat İstanbulda keçirdiyi mətbuat konfransında, "İranla əlaqələri olan bütün müttəfiqlərimizin İranı gərginliyi azaltmağa razı salmasını istəyirik",-deyə bildirib.

Səfir onu da deyib ki, Türkiyə rəsmiləri gərginliyin artmasının qarşısını almaq üçün əllərindən gələni edirlər.

Anar Əliyev
Xəbəri paylaş