Türkiyədə əcnəbilərə mənzil satışında azalma müşahidə edilib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, əcnəbilərə mənzil satışı iyul ayında keçən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalıb.
Nəticədə keçən ay Türkiyədən mənzil alan əcnəbilərin sayı keçıən ay 2 min 350-yə düşüb. Əcnəbilər daha çox Antalya, İstanbul və Mersindən ev alıblar.
Ümumilikdə əcnəbilərə mənzil satışı yanvar-iyul dövründə əvvəlki ilin eyni dövrünə görə 42,0 faiz azalaraq 12 min 811-ə düşüb.
İyul Türkiyədə ən çox mənzili Rusiya Federasiyası vətəndaşları alıb. Sonrakı yerləri Ukrayna və Almaniya tutub.
Mehman Mehdiyev