Türkiyədə keçən ay 127 min 88 ev satılıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində ev satışlarının sayı iyul ayında keçən ilin eyni ayına görə 16 faiz artıb.
Ev satışının ən çox olduğu bölgələr 19 min 47 ilə İstanbul, 11 min 364 ilə Ankara və 6 min 659 ilə Antalya olub. Əən az ev satılan vilayətlər isə 61 ilə Ardahan, 64 ilə Hakkari və 77 ilə Bayburt olub.
Yanvar-iyul dövründə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə yüzdə 0,5 azalaraq 672 min 162 ədəd təşkil eidb.
Anar Əliyev