Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin ikinci Nikolayın səhvini təkrarlayır

Putin ikinci Nikolayın səhvini təkrarlayır


“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun əmrlərini yerinə yetirir”, “Ukraynanın Rusiya ərazisinə qəfil müdaxiləsi Pentaqonda hazırlanıb” kimi xəbərlər Rusiyanın dezinformasiya mərkəzlərində hazırlanaraq yayımlanır. Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyü uğrunda savaşır, onun yerində kim olsa Rusiyanın işğalı qarşısında ağ bayraq qaldırmaz. O başqalarının deyil xalqının və dövlətinin sifarişini yerinə yetirir. Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsi məxfi şəkildə hazırlanıb, bu plandan çox az adamın xəbəri olub. Çünki, bu plan başqa yerdə və iştirakçıların say çoxluğu ilə hazırlansaydı, Rusiya kəşfiyyatının bundan xəbəri olacaq və Ukrayna ordusunun qəfil hücumunun qarşısı alınacaqdı. Zelenski və onun genaralları “iki nəfərin bildiyi artıq sirr deyil” prinsipi ilə hücum əməliyyatını hazırlayıblar.

Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Kreml sahibi Vladimir Putin çaşqınlıq içərsindədir, onun və ölkəsinin imicinə böyük zərbə dəyib:

"Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxarmaq üçün bütün mümkün imkanlardan istifadə edəcək, minlərlə gəncinin ölümü hesabına nəticə əldə etməyə çalışacaq. Kreml itki ilə hesablaşmır, nə olursa-olsun “böyük Rusiya” ideyasını reallaşdırmağa çalışır. Ancaq bu ideya Ukrayna müharibəsinin üçüncü ilində ruslar arasında artıq əvvəlki kimi populyar deyil. Putinin ətrafı da məyusdur, ancaq hələ ki, fikirlərini açıq bildirməyə çəkinirlər".

Politoloq deyib ki, Putin ikinci Nikolayın səhvini təkrarlayır:

"Ötən əsrin əvvəllərində Rusiya imperiyası güclü idi, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın kənd təssərrüfatı məhsullarına möhtac idi. İkinci Nikolay ölkəsini Birinci Dünya Müharibəsinə qoşduqdan sonra imperiya üçün sonun başlanğıcı göründü. Rusiyanın müharibədə itkiləri artdıqca cəmiyyətdə narazılıq artmağa başladı, inqilabi əhval-ruhiyyə yetişməyə başladı, o zamana qədər cəmiyyətdə böyük nüfuzları olmayan bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər, Nikolayı ailəsi ilə birlikdə güllələdilər. İmperiya dağıldı. Rusiyanı idarə edənlər tarixdən nəticə çıxara bilmirlər. SSRİ-ni idarə edənlər 1979-cu ildə Əfqanıstana soxulmaq qərarını verdilər, 12 il sonra bu imperiya da dağıldı. Putin eyni yolla gedir. Kreml sahibi bu ağır günlərdə özünü ətrafından da qorumaq barədə düşünmək məcburiyyətindədir. Çünki peşəkar kəşfiyyatçısı kimi o bilməmiş deyil ki, belə ağır günlərdə ətrafa inanmaq olmaz. İkinci Nikolaya hakimiyyətdən imtina qərarını da generalları imzalatdırmışdı".

Anar Əliyev
Xəbəri paylaş