Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrozona iqtisadiyyatı 0,3 faiz artıb

Avrozona iqtisadiyyatı 0,3 faiz artıb


Avrozona iqtisadiyyatı cari ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.

Newscenter.az Avropa Statistika İdarəsinə (Eurostat) istinadən bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) və Avrozonada ikinci rüb üçün Ümumi Daxili Məhsul (ÜDM) və məşğulluq üzrə aparıcı məlumatların dərc edildiyi hesabatda qeyd edilir.

Məlumatlara görə, Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.

Almaniyada ÜDM əvvəlki rüblə müqayisədə ikinci rübdə 0,1 faiz azaldığı halda, Fransada 0,3, İtaliyada 0,2, İspaniyada 0,8 faiz artım müşahidə edilib.

Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə 0,1 faiz azalarkən, Fransada 1,1 faiz, İtaliyada 0,9 faiz, İspaniyada isə 2,9 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş