Dünya bazarında buğdanın qiymətində azalma müşahidə edilib.
Newscenter.az-ın Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına dair verdiyi məlumata görə, 2024-cü ilin iyul ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 8.5% azalaraq 211 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Bir il ərzində buğdanın qiymətində ən yüksək göstərici keçən ilin iyul və dekabr aylarında qeydə alınıb. Göstərilən aylarda buğdanın qiyməti dünya bazarında 257 ABŞ dolları/ton olub.
Rusiya buğdasının ixrac qiyməti də cari ilin iyul ayında əvvəlki aya nisbətən 8.7% azalaraq 221 ABŞ dolları/ton təşkil edib.
Anar Əliyev