Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ətin qiyməti azalıb?

Ətin qiyməti azalıb?


Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur.

Newscenter.az-ın Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına dair verdiyi məlumata görə, iyul ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 5.8% artaraq 6.2 ABŞ dolları səviyyəsində qərarlaşıb. Son bir il ərzində mal ətinin qiymətində ən yüksək göstərici cari ilin aprel ayında qeydə alınıb. Aprel ayında dünya bazarında mal ətinin qiyməti 6,3 ABŞ dolları səviyyəsində olub.

Keçən ay qoyun ətinin qiymətində də azalma qeydə alınıb. Məlumata görə, 2024-cü ilin iyul ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 4.5% azalaraq 9.0 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Anar Əliyev
Xəbəri paylaş