Rusiyada Rusiya Qvardiyasının rəhbərliyi ilə KTMT-nin “Kobalt-2024” təlimləri başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hərbi tədbir Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi altında avqustun 14-16-da keçiriləcək.
Təlimlərdə qüvvə və vasitələrin qruplaşdırılması üzrə yeni fəaliyyət forma və üsulları, yeni silah, hərbi texnika modelləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin taktiki üsulları sınaqdan keçiriləcək.
Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edir.
Ermənistan “Kobalt-2024” tədbirində iştirak etmir. Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-də iştirakını müvəqqəti dayandırdığını bildirib. Daha sonra parlamentdəki çıxışında Ermənistanın bu blokdan çıxmasının məntiqli növbəti addım olacağını açıqladı.
Anar Əliyev