Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.9% azalacağı gözlənilir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalında yer alıb. Qeyd edilir ki, 2024/2025-ci məhsul ilində qlobal buğda ehtiyatları həcminin 257 milyon tona enəcəyi proqnozlaşdırılır. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 7 milyon ton azalaraq 58 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.3% artaraq (386 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 6 milyon ton az (444 milyon ton) olacaq.
Natiq Orucov