Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya təzyiqlərə tab gətirə bilir

Rusiya təzyiqlərə tab gətirə bilir


"Rusiya güclü maliyyə qalxanına malikdir və bunun sayəsində ölkə maliyyə təzyiqinə tab gətirə bilir".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. O bildirib ki, Rusiya iqtisadi həcm baxımından artıq Yaponiya və Almaniyanı geridə qoyub:

“Güclü maliyyəmiz var, bizim üçün bu maliyyə qalxanını yaratmaq vacibdir ki, kiminsə üzərimizə vurmaq istədiyi bütün maliyyə təzyiqləri bu qalxanla dəf edilsin”.

O vurğulayıb ki, məhz belə bir maliyyə qalxanı sayəsində Rusiya maliyyə sanksiyalarının və məhdudiyyətlərin nəticələrinə məruz qalmadı.

Natiq Orucov
Xəbəri paylaş