Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Çinin birgə təlimləri ABŞ-ı narahat edir

Rusiya və Çinin birgə təlimləri ABŞ-ı narahat edir


"Rusiya və Çin silahlı qüvvələrinin birgə təlimləri Amerika rəhbərliyinin narahatlığına səbəb olur".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “The New York Times” (NYT) adı açıqlanmayan hərbi ekspertlərə istinadən yazıb.

Məlumata görə, Rusiya Federasiyası və Çin silahlı qüvvələri hələ də NATO ölkələrinin ordusu ilə eyni səviyyəyə çatmasa da, Moskva ilə Pekin arasında müdafiə sahəsində artan əməkdaşlıq Vaşinqtonu ciddi təşvişə salır. Yeni Amerika Təhlükəsizliyi üzrə Analitik Mərkəzin rəhbəri Bekki Vasser etiraf etdiyi kimi, onun həmkarları ABŞ və Çin də daxil olmaqla, mümkün münaqişələri modelləşdirirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş