Dünya bazarında südün qiymətində artım qeydə alınır.
Newscenter.az-ın Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına dair verdiyi məlumata görə, 2024-cü ilin may ayında Yeni Zelandiya bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti 1.7% artaraq 360 ABŞ dolları olub.
İyun ayında süd xammalının 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə ABŞ bazarında 3.7% artaraq 503 ABŞ dolları, iyul ayında Avropa İttifaqında 1.2% artaraq 502 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Quru südün 1 tonunun qiyməti isə 2024-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə ABŞ-da 0.5%, Avropa İttifaqında isə 1.3% artaraq müvafiq olaraq 5005 və 4167 ABŞ dollar təşkil edib.
Natiq Orucov