İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn Türkiyəyə səfərə gəlir.
Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, səfər avqustun 15-də baş tutacaq.
Sözügedən səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın 22 aprel 2024-cü il tarixində İraqa səfəri zamanı imzalanmış “Birgə Əməkdaşlıq Strateji Çərçivə Sazişi” ilə yaradılmış “Türkiyə-İraq Birgə Planlaşdırma Qrupu”nun ilk iclası keçiriləcək.
Həmçinin səfər zamanı Yüksək Səviyyəli Təhlükəsizlik Şurasının 4-cü iclası baş tutacaq.
Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə yanaşı, regional hadisələrin də müzakirə olunması nəzərdə tutulur.
Anar Əliyev